İtaliya A seriyasında ən çox qazanc əldə edən futbolçuların siyahısı bəlli olub
Cari mövsüm İtaliya A seriyasında ən çox qazanc əldə edən futbolçuların siyahısı bəlli olub.
"Report" "Calcioe Finanza"ya istinadən xəbər verir ki, siyahıya 12 milyon avro qazanan "Yuventus"un hücumçusu Duşan Vlahoviç başçılıq edir.
Onu 9 milyon qazancla "İnter"in üzvü Lautaro Martines təqib edir.
Hərəyə 6,5 milyon avro gəlir əldə edən "İnter"in daha iki üzvü - Hakan Çalhanoğlu və Nikolo Barella ilk "üçlüy"ü qapayır.
Qeyd edək ki, futbolçuların gəlirləri hesablanarkən vergilər nəzərə alınıb.