Azərbaycanın stolüstü tennisçiləri növbəti dəfə təlim-məşq toplanışına qatılıblar
Azərbaycanın 2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.
Bu barədə "QELEBE.AZ"a Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edir.
Onlar sentyabrın 8-nə kimi məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaqlar. Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədi ilə təşkil olunub.

https://qelebe.az//uploads/photo/azerbaycanin-stolustu-tennischileri-novbeti-defe-telim-meshq-toplanishina-qatiliblar.webp











