Paris-2024: Əbülfəz Abuzərli 1/4 finalda uduzub
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizəyə qoşulan parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq) 1/4 finalda uduzub.
"Report" xəbər verir ki, K44 kateqoriyasında mübarizə aparan idmançımız meksikalı Luis Najeraya (Meksika) məğlub olub - 3:6.
Najera finala yüksələcəyi təqdirdə Ə.Abuzərov bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

https://qelebe.az//uploads/photo/paris-2024-ebulfez-abuzerli-14-finalda-uduzub.webp











