Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi növbəti dəfə məğlub olub
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma V turda Avstraliya ilə üz-üzə gəlib.
Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb - 12:21. Bu gün Bakı vaxtı ilə saat 19:30-da rəqib Çin kollektivi olacaq.
Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.

https://qelebe.az//uploads/photo/paris-2024-azerbaycanin-3x3-basketbol-millisi-novbeti-defe-meglub-olub.webp











