Olimpiadanı məkrli siyasətinə alət edən Fransa - Parisin suya qərq olan açılış planı

Olimpiadanı məkrli siyasətinə alət edən Fransa - Parisin suya qərq olan açılış planı

Yay Olimpiya Oyunlarının açılış mərasimini canlı yayımlayan Fransanın "Fr2" telekanalının efirində aparıcı Ermənistan idmançıları Sena çayından keçərkən “erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu” ifadəsini işlədib. Azərbaycan komandası keçəndə isə aparıcı ölkəmizi “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib.

Əslində bu yanaşmada təəccüblü heç nə yoxdur. ATƏT-in gorbagor olmuş Minsk qrupunda 30 il ərzində heç nəyə yaramayan, işğalçı Ermənistanın maraqlarını qoruyan bir ölkənin vətəndaşı, televiziya aparıcısı başqa nə deməli idi ki? Adamlar hələ də Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmirlər. Bu üzdən də imkan düşdükcə müxtəlif platformalarda məkrli planlarını işə salır, çirkin əməllərindən əl çəkmirlər. Bu dəfə olimpiadanı özlərinə çirkab qusmaq üçün meydan seçdilər. Halbuki idman yarışlarında bu cür sərsəm açıqlamalara yer yoxdur.

Ümumiyyətlə, siyasəti idmana bulaşdırmaq cəhdləri qətiyyən qəbul edilmir. Çünki idman dağıdıcı deyil, tarixən birləşdirici qüvvə rolunu oynayıb, müxtəlif xalqların dostluq rəmzi kimi ön plana çıxıb. Bu baxımdan 4 illiyin ən böyük idman tədbiri sayılan Yay Olimpiya Oyunları da istisna təşkil etmir. Olimpiadalar keçirilən zaman hətta döyüş əməliyyatlarının dayandırılması, atəşkəs rejiminin tətbiqi ilə bağlı çağırışlar müsbət qarşılanıb. Görünən budur ki, dünyaya demokratiya dərsi keçməyə cəhd edən Fransa, indiki halda Makron hökuməti bu cür dəyərlərdən çox-çox uzaqdır. Təşkilatçılıq hüququndan sui-istifadə edərək Azərbaycana qarşı məkrli siyasətinə Yay Olimpiya Oyunlarını belə alətə çevirmək artıq son həddir.

Azərbaycanın idman jurnalistlərinin ikinci qrupunu gətirən təyyarə iyulun 26-sı səhər tezdən Parisə çatdı. Şarl De Qoll adına hava limanında diqqətimizi ilk növbədə uzun növbələr və avtomatla silahlanmış polislər çəkdi. Elə Parisin küçələrində də eyni mənzərənin şahidi olduq. Hava limanında, daha sonra isə yarışların keçirildiyi məkanlarda rastlaşdığımız könüllülər də bir başqa söhbətin mövzusudur. Onların, demək olar ki, böyük əksəriyyəti ingilis dilində bilmirlər. Bu səbəbdən fikrini anlada bilmirsən, lazımi suallara cavab tapmaq cəhdlərin boşa çıxır. Maraqlıdır ki, könüllülərin hamısı Fransanın müstəmləkələrindən köç edən və bu işi cüzi pul qarşılığında görən qaradərili insanlardır. Çirkab içində üzən metro stansiyalarında təmizlik işlərinə cəlb olunanlar da Fransa kolonializminin qurbanlarıdır. Parisin küçələrini bəzəyən "bomjlar" da başqa aləmdirlər.

Olimpiadanın Sena çayı ətrafında baş tutan açılış mərasimi də izləyənləri xəyal qırıqlığına uğratdı. Yerli təşkilat komitəsinin günahı ucbatından Azərbaycandan gələn idman jurnalistlərinin bir qismi bu prosesdən kənarda qaldı. Televiziya vasitəsilə izlədiyimiz görüntülər isə ürək bulandırdı. Olimpiadanın açılış mərasimi ilk dəfə idi ki, konkret olaraq gey-paradı xatırladırdı. Bu azmış kimi, Parisin açılış planı sözün həqiqi mənasında suya qərq oldu. Yağış təşkilatçıları və ayrı-ayrı ölkələrin nümayəndə heyətlərini çətin vəziyyətdə qoydu. İdmançılar çıxış yolunu çətirdə və üzərlərinə "kulyonka" geyinməkdə görmüşdülər ki, bu da görüntü olaraq bərbad idi. Yarış məkanlarının şəhərdən uzaq olması da başqa problemdir. Təsəvvür edin ki, bu gün Azərbaycan avarçəkəni Diana Dımçenkonun yarışını izləmək üçün nə az, nə çox - düz 1 saat 50 dəqiqə yola vaxt sərf etdik.

İnanmaq istərdik bütün bu xoşagəlməzlikləri Azərbaycan idmançıları parlaq çıxışları ilə unutdurmağı bacaracaqlar. Çünki onların yeganə hədəfi Parisi fəth etmək, üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir.

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub