Namiq Abdullayev: Olimpiadada hər bir güləşçimizdən medal gözləyirik

Namiq Abdullayev: Olimpiadada hər bir güləşçimizdən medal gözləyirik

Heyətin hər bir üzvü kifayət qədər təcrübəlidir və böyük yarışlarda iştirak edib. Təbii ki, biz olimpiadada hər bir güləşçimizdən medal gözləyirik.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev deyib.

AGF rəsmisi idmaçılar üçün hər cür şərait yaradıldığını deyib:

"Cənab Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva daim güləşə özəl münasibət göstərib, diqqət və qayğı ilə əhatə edib. Eləcə də Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin dəstəyini hər zaman hiss etmişik. Yarışlara ezam, vitaminlə təminat və olimpiyaçılara təqaüdün verilməsi bu diqqətin göstəricisidir. Azərbaycan Güləş Federasiyası komandalarımızın Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum yüksək səviyyədə hazırlaşması üçün əlindən gələni edir. Başda federasiya prezidenti olmaqla, qurumun hər bir əməkdaşının bu işdə əməyi var. Bakıda, bölgələrdə və ölkə xaricində yüksək səviyyədə təlim-məşq toplanışları keçirilib. Hazırda da komandalarımız Quba Olimpiya İdman Kompleksində son hazırlıq prosesini davam etdirirlər. Güləşçilərin daha yüksək hazırlığa nail olması üçün ölkəmizə sınaqçı-rəqiblər də dəvət edilib. Bir sözlə, komandalarımızın olimpiadaya ən yaxşı formada yollanması üçün lazım olan bütün işlər görülüb. İndi qalır məşqçilərin və güləşçilərin Paris-2024-də bunun qarşılığını verməsi".

N.Abdullayev proqnoz verməyin mümkün olmadığını söyləyib:

"İdmançıda fiziki, taktiki-texniki və psixoloji hazırlıq vəhdət təşkil etməlidir. Bunlar hamısı qaydasında olanda uğurlu nəticə əldə etmək mümkündür. Həmin gün idmançının günü olmalıdır. Bəzən sürpriz şəkildə zədə və ya xəstəlik uğur qazanmağa imkan vermir. Təki güləşçilərimiz heç bir problemlə üzləşməsinlər və xalqımızın ümidlərini doğrultsunlar".

Qeyd edək ki, Azərbaycanı Paris-2024-də sərbəst güləşdə Əliabbas Rzazadə (57 kq),
Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq), yunan-Roma güləşində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq), qadın güləşində isə Mariya Stadnik (50 kq) təmsil edəcək.

Fərdi
Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

Fərdi
FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Fərdi
Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

Fərdi
Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub