"Report"un "Füzuli" komandası Heydər Əliyevin xatirə turnirində bürünc medal qazanıb

"Report"un "Füzuli" komandası Heydər Əliyevin xatirə turnirində bürünc medal qazanıb

Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokuna yekun vurulub.

"Report" xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və "Sumqayıt" klubunun təşkilati dəstəyi ilə gerçəkləşən yarışın həlledici matçında "Şuşa" və "Kəlbəcər" komandaları üz-üzə gəlib.

Gərgin keçən görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 2:0 (25:20, 25:21).

Beləliklə, "Şuşa" ardıcıl üçüncü dəfə Zəfər Kubokunun qalibi olub.

3-cü yer uğrunda görüşdə isə "Füzuli" "Ağdərə"dən üstün olub - 2:0 (25:21, 25:14).

Xatırladaq ki, daha əvvəl keçirilmiş yarımfinal oyunlarında "Şuşa" "Füzuli"ni (25:20, 25:20), "Kəlbəcər" isə "Ağdərə"ni (25:15, 25:14) üstələmişdi - 2:0.

Mükafatlandırma mərasimində Qusar Olimpiya İdman Kompleksinin direktoru və İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və digər rəsmi qonaqlar iştirak edib.

Əvvəlcə "Sumqayıt" klubuna təşəkkürnamə təqdim olunub.

Daha sonra "Report"u təmsil edən "Füzuli" komandasının üzvləri bürünc medallarla təltif olunub.

"Kəlbəcər" komandası gümüş medala sahib çıxıb.

"Şuşa"ya isə qızıl medal, qiymətli hədiyyələr və Zəfər Kuboku verilib. Turnirin ən yaxşı oyunçusu isə qalib komandanın üzvü İskəndər İbrahim seçilib.

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb