AVRO-2024: Fransa millisi böyük turnirlərdə üstün olduğu rəqibə qarşı

AVRO-2024: Fransa millisi böyük turnirlərdə üstün olduğu rəqibə qarşı

Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsində bu gün üz-üzə gələcək İspaniya və Fransa milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) beş dəfə qarşılaşıblar.

"Report"un məlumatına görə, iki yığma arasındakı ilk dörd matçın üçündə "xoruzlar" qələbə qazanıblar.

Fransızlar 1984-cü ildəki Avropa çempionatının finalında 2:0, AVRO-2000-in 1/4 finalında 2:1, DÇ-2006-nın 1/8 finalında isə 3:1 hesablı qalibiyyətə seviniblər. AVRO-2012-nin 1/4 finalında İspaniya seçməsi rəqibini iki cavabsız qolla üstələyib.

1996-cı ildəki qitə çempionatında tərəflər qrup mərhələsində heç-heçəyə razılaşıblar - 1:1.

AVRO-2024-də meydana çıxdığı bütün oyunlarda qələbə əldə edən yeganə komanda İspaniyadır. "Matadorlar" bu dəfə də eyni nəticəni göstərsə, yeni rekord müəyyənləşdirəcək. Avropa çempionatları tarixində ardıcıl altı qələbə əldə edən və bir turnirdə bu sayda qalibiyyətə çatan yığma yoxdur.

Fransanın hazırkı yarışdakı matçlarında ümumilikdə 4 qol vurulub. Üç dəfə rəqib qapısına yol tapan milli öz qapısında, sadəcə, bir top görüb. Bu qolların ikisi penaltidən vurulub, digər ikisi isə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, İspaniya - Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi finalda İngiltərə - Niderland duelinin güclüsü ilə üz-üzə gələcək.

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Futbol
DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
"İnter" Lukakunun birdəfəlik transferi üçün danışıqlara başlayıb

"İnter" Lukakunun birdəfəlik transferi üçün danışıqlara başlayıb

Futbol
“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

Futbol
DÇ-2022: Argentina Meksikanı məğlub edib

DÇ-2022: Argentina Meksikanı məğlub edib

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”