İspaniya millisinin 4 futbolçusu Avropa çempionatının yarımfinal görüşünü buraxacaq
İspaniya millisinin 4 futbolçusu Avropa çempionatının yarımfinal görüşünü buraxacaq.
"QELEBE.AZ" xəbər verir ki, Pedri, Roben Le Norman, Daniel Karvahal və Alvaro Morata növbəti mərhələdə komandasına kömək edə bilməyəcəklər.
Pedri Almaniya ilə keçirilən 1/4 final görüşündə dizindən zədə alıb. Digər 3 oyunçu isə kart cəzalısı olduğu üçün növbəti oyunu buraxmalı olacaq.
Qeyd edək ki, İspaniya yarımfinalda Portuqaliya - Fransa cütünün qalibi ilə qarşılaşacaq. Matç iyulun 9-u, saat 23:00-da start götürəcək.

https://qelebe.az//uploads/photo/ispaniya-millisinin-4-futbolchusu-avropa-chempionatinin-yarimfinal-gorushunu-buraxacaq.webp











