AVRO-2024: Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB - 4

AVRO-2024: Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB - 4

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

"QELEBE.AZ"un məlumatına görə, günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.

Qeyd edək ki, Gürcüstan ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.

18:22

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun Gürcüstan - Çexiya oyununda ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, çexiyalı hücumçu Patrik Şik 59-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.

18:07

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun Gürcüstan - Çexiya oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, hazırda Gürcüstan yığması hesabda öndədir - 1:0.

Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

17:50

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun Gürcüstan - Çexiya oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.

Jorj Mikautadze penaltini dəqiq yerinə yetirib.

Matçın ilk hissəsi bu hesabla başa çatıb.

17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

"QELEBE.AZ"un məlumatına görə, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Matçı almaniyalı Daniel Zibert idarə edir.

Qeyd edək ki, Gürcüstan ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Futbol
Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Futbol
Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

Futbol
"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

Futbol
Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

Futbol
"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
Xavi Zidanın rekordunu geridə qoyub

Xavi Zidanın rekordunu geridə qoyub