AVRO-2024: Danimarka - İngiltərə matçında ilk hissə başa çatıb - YENİLƏNİB - 3
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə birinci hissə başa çatıb.
"QELEBE.AZ" xəbər verir ki, C qrupunun oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə ikinci qol vurulub.
"QELEBE.AZ" xəbər verir ki, C qrupunun oyununda danimarkalılar hesaba tarazlıq gətirib.
34-cü dəqiqədə Morten Yulmann fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə hesab açılıb.
"QELEBE.AZ" xəbər verir ki, C qrupunun oyununda ingilislər hesabda önə çıxıb.
19-cu dəqiqədə Harri Keyn fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü start götürüb.
"QELEBE.AZ" xəbər verir ki, Frankfurt şəhərindəki "Valdştadion"da başlayan C qrupunun oyununu portuqaliyalı beynəlxalq dərəcəli hakim Artur Diaş idarə edir.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.

https://qelebe.az//uploads/photo/avro-2024-danimarka-ingiltere-matchinda-ilk-hisse-basha-chatib-yenilenib-3.webp













