Ağabala Ramazanov: Mənim də qismətim bura qədər imiş, başıma gələnlərlə razılaşıram

Ağabala Ramazanov: Mənim də qismətim bura qədər imiş, başıma gələnlərlə razılaşıram

Mənim də qismətim bura qədər imiş, başıma gələnlərlə razılaşıram.

Bunu "QELEBE.AZ"a açıqlamasında sosial şəbəkə hesabında futbolçu karyerasını başa vurduğunu bildirən Ağabala Ramazanov deyib.

31 yaşlı sabiq futbolçu qərarının səbəbləri barədə danışıb: "Aldığım zədədən sonra tam özümə gəlməyə zaman lazım idi. Həqqiətən zədə ciddi idi. Həyati təhlükə baxımından səhhətim düzəlsə də, futbol karyeram risk altına girdi. Karyeramı bitirməyimin ən başlıca səbəbi zədə oldu. Elə alındı ki, mövsüm başa çatdı, "Səbail"lə müqaviləmin müddəti bitdi. Amma sözləşməm yenilənmədi. Başqa təkliflər barədə isə düşünmədim. Mənim də qismətim bura qədər imiş, başıma gələnlərlə razılaşıram".

Azərbaycan millisinin də şərəfini qorumuş A.Ramazanov yığmaya yeni təyin olunan baş məşqçi Fernandu Santuşla bağlı fikirlərini də bölüşüb: "Santuş çox tanınmış məşqçidir. Hər bir azərbaycanlı kimi mənim də istəyim odur ki, milli komandamıza xeyri dəysin. İnşallah, onun gəlişi yığmaya uğur gətirər. Komandamızın uğurlu nəticələr qazanmağının vaxtı çatıb".

Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün XII turunun oyununda ciddi zədə alıb. O, 45-ci dəqiqədə rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra isə xəstəxanaya çatdırılıb.

A.Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illərdə “Səbail”in formasını geyinib. Keçirdiyi 80 oyunda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Hələ hesabın təsiri altındayam"

Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Hələ hesabın təsiri altındayam"

Futbol
Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər