AVRO-2024-də iştirak edəcək yığmalar yoldaşlıq görüşləri keçirib
Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatının iştirakçı ölkələrindən bir neçəsi yoldaşlıq görüşü keçirib.
"Report" xəbər verir ki, AVRO-2024-də C qrupunda yer alan Danimarka yığması İsveçlə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.
E qrupunun iştirakçısı Slovakiya isə San Marino millisi ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Danimarka yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün C qrupunda Sloveniya, İngiltərə və Serbiya milliləri ilə üz-üzə gələcək. Slovakiya seçməsi isə E qrupunda Rumıniya, Belçika və Ukrayna komandaları qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/avro-2024-de-ishtirak-edecek-yigmalar-yoldashliq-gorushleri-kechirib.webp











