Azərbaycan gimnastı: Avropa çempionatında mühüm dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edirik

Azərbaycan gimnastı: Avropa çempionatında mühüm dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edirik

Avropa çempionatında mühüm dəstəyə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümüzü bildiririk. Çünki Mehriban xanımın hər zaman bədii gimnastikaya xüsusi dəstəyi olub.

“QELEBE.AZ”un xəbərinə görə, bu fikirləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Güllü Ağalarzadə jurnalistlərə açıqlamasında deyib.

G.Ağalarzadənin sözlərinə görə, mövcud qaydalara əsasən bədii gimnastika yarışlarında rəqabət getdikcə daha da güclənir: “Bu o deməkdir ki, bədii gimnastika tədricən inkişaf edir. Əlbəttə, rəqabət bizi qorxutmur, əksinə, daha da güclü edir.

Komanda yoldaşlarımla Avropa çempionatında yaxşı nəticələr göstərdik. Ən böyük məqsədimiz Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. Buna layiq idik. Hər kəsə göstərdik ki, lisenziyaya layiqik”.

“Kvotanın bir olması psixoloji cəhətdən mübarizəni çətinləşdirirdi. Amma bilirdik ki, kompozisiyamızı təmiz yerinə yetirsək, lisenziya bizim olacaq. Lisenziyanın əldə edilməsində məşqçilərimizin zəhməti çoxdur. Azərbaycan Gimnastika Federasiyasına, bizi dəstəkləyən hər kəsə minnətdarıq”, - o qeyd edib.

G.Ağalarzadə vurğulayıb ki, Yay Olimpiya Oyunlarında da mühüm nəticələr əldə etmək üçün əllərindən gələni əsirgəməyəcəklər: “Yay Olimpiya Oyunlarına 2 ay qalır. Qalib gəlmək üçün daha çox səy göstərəcəyik. Çalışacağıq ki, olimpiadada Azərbaycan bayrağını qalib kimi dalğalandıraq”.

Qeyd edək ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib. Yığma 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komanda olimpiadaya vəsiqə qazanıb.

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir