Azərbaycan voleybolçusu Qızıl Avropa Liqasındakı oyunları dəyərləndirib

Azərbaycan voleybolçusu Qızıl Avropa Liqasındakı oyunları dəyərləndirib

Azərbaycanın kişilərdən ibarət voleybol millisinin üzvü Andrey Vasilenko Qızıl Avropa Liqasında ilk turun oyunlarını dəyərləndirib.

"QELEBE.AZ" Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı çətinlik çəkdikləri məqamları qabardıb.

“İlk turda məğlub olduq. Mövsümdən sonra oyunçularda yorğunluq var. Bu, əlbəttə ki, bəhanə deyil, amma çətinlik yaradan faktorlardandır. İlk iki qarşılaşma barədə onu deyə bilərəm ki, oynadıqca səhvlərimizi görür və onları aradan qaldırmağa çalışırıq. Setdən-setə oyunumuz inkişaf edir və sonluğu daha yaxşı gətiririk. Lakin qələbə üçün nəsə çatmır, bu isə bizdən asılıdır. Növbəti oyunlar daha çətin olacaq. Çünki heyətdə yeni voleybolçular var ki, Bakıda ilk dəfə oynadılar. Lakin artıq rəqiblər komandamızın oyununu təhlil edəcəklər. Bununla belə, oyun səviyyəmizi artırırıq və daha yaxşı oynayacağımıza inanıram. Bu iki görüş bizə uyğunlaşmaq üçün kömək oldu. Çünki iki ildir ki, bir yerdə oynamırdıq. Düşünürəm ki, son matçlarda daha yaxşı oynayıb yaxşı nəticə göstərə bilərik”, - deyə voleybolçu bildirib.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki görüşdə Rumıniya və Ukraynaya 0:3 hesabı ilə uduzub.

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

Komanda
Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub