Azərbaycan millisinin baş məşqçisi: Gənclərin təcrübə qazanmasına daha çox üstünlük veririk

Azərbaycan millisinin baş məşqçisi: Gənclərin təcrübə qazanmasına daha çox üstünlük veririk

Gənclərin təcrübə qazanmasına daha çox üstünlük veririk.

"Report" xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Qızıl Avropa Liqasına hazırlaşan komandanın açıq məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis turnirdə ölkəni yüksək səviyyədə təmsil etmək üçün meydançada tam güclərini qoyacaqlarını bildirib: "Daha əvvəl Gümüş Avropa Liqasına qatılmışıq. Qızıl Avropa Liqasında isə reytinqli komandalar var və onların səviyyəsi daha yüksəkdir. Amma əlimizdən gələni etməyə çalışacağıq. Gənclərin təcrübə qazanmasına daha çox üstünlük veririk. Çünki onlar qarşıdakı turnirlərdə ölkəni təmsil edəcəklər".

Baş məşqçi mayın 1-dən hazırlıqlara start verdiklərini xatırladıb: "Vaxtımız az olsa da, əlimizdən gələni edəcəyik. Məqsədimiz oyunçuları formada saxlamaqdır. Mövsüm bitən kimi təlim-məşq toplanışına başlamışıq. Qarşıdakı iki həftə ərzində 6 matç olacaq. Bu görüşlərə oyunçuları texniki və taktiki cəhətdən hazırlıqlı çıxartmaq istəyirik. Komandamızda gənclər daha çoxdur. Əvvəlki millidən 7-8 oyunçu artıq karyerasını bitirib. Bəziləri məşqçi kimi özlərini sınayırlar. Gənclərdən ibarət milli komanda topladıq. Onların arasında təcrübəlilər də var".

Qeyd edək ki, komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib