"Xəzri"nin baş məşqçisi: Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik

"Xəzri"nin baş məşqçisi: Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik

Ümid edirəm “Sabah”la oynayacağımız final matçlarında ilk olaraq yaxşı basketbol sərgiləyəcəyik. Daha sonra arzuladığımız seriya ilə hədəfimizə çatarıq.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen "NTD-İndiqo"ya 86:81 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin ikinci oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis dünənki qarşılaşma haqqında fikirlərini bölüşüb: "Hər iki hissədə bir-birindən fərqli ssenarilər baş tutdu. Böyük fasilədə komandama pley-offlarda müdafiənin nə qədər önəmli olduğunu bir daha xatırlatdım. Rəqibin bizə qarşı hazırladığı xüsusi hücumlara qarşı müdafiəmizlə cavab verdik və üçüncü periodda oyunu tarazlamağı bacardıq. 18-5 hesablı seriyamız da bunu göstərir. Son periodda da təşəbbüsü ələ aldıq. Əlavə edilmiş hissədə də pley-offlardakı təcrübəmizdən də istifadə edərək qalib gəlməyi bacardıq".

Türkiyəli baş məşqçi daha əvvəl ölkəsində bu cür matçlarda çox iştirak etdiyini vurğulayıb: "Ona görə də belə seriyalarda necə hazırlaşmağı, mübarizə aparmağı və matçın içindəki davamlılığı yaxşı bildiyim üçün rahat idim. Hətta komandam 18 xal geriyə düşdükdə belə məndə rahatlıq var idi. Buna görə oyunçularımı təbrik edirəm. Həqiqətən də final onların haqqı idi. İlk mövsümümüzdə iki finalda da mübarizə aparmaq bizim üçün çox çətin idi. Birində məğlub olduq. İndidən pley-offda çıxış edəcək bütün oyunçulara, məşqçilərə uğurlar arzu edirəm".

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb