Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi başlayır
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.
"QELEBE.AZ"un məlumatına görə, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gələcəklər.
"Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 19:30-da başlayacaq. Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də baş tutacaq.
Qeyd edək ki, bu raundun digər cütündə "NTD-İndiqo" və "Xəzri" münasibətlərə aydınlıq gətirəcəklər. İlk oyun mayın 8-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-basketbol-liqasinda-yarimfinal-merhelesi-bashlayir.webp











