"Xəzri"nin baş məşqçisi: Yarımfinal daha sərt keçəcək

"Xəzri"nin baş məşqçisi: Yarımfinal daha sərt keçəcək

Yarımfinalda "NTD İndiqo" ilə qarşılaşacağıq. Bu mərhələnin daha sərt keçəcəyini düşünürəm. Çünki hər komandanın çempionluq hədəfi var.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasında "Sərhədçi"yə 91:70 hesabı ilə qalib gəldikləri pley-off mərhələsinin 3-cü oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis rəqibin pley-offda çox yaxşı mübarizə apardığını bildirib: "Baş məşqçilərini də təbrik edirəm və bundan sonra uğurlar arzulayıram. İlk matçda həm hücumda, həm müdafiədə çox yaxşı təşkilatlanmışdıq. Amma ikinci görüşdə onlar yaxşı mübarizə apardılar. Həmin gün xüsusilə hücumda çox pis çıxış etdiyimiz üçün məğlub olduq. Pley-off mərhələsində mübarizə aparmaq həqiqətən çox çətindir. Mental olaraq hər oyuna ayrı hazırlaşmaq lazımdır. Burada ssenarilər fərqli olur. Bu hər iki komandanın hər şeyini ortaya qoyacağı bir matç idi. Burada rəqibin hansı hücum sistemində necə oynayacağını yaxşı bilirdik. Xüsusilə ilk hissədə müdafiədə möhtəşəm oynadıq. Böyük fasiləyə yollananda rəqib, sadəcə, 30 xal toplamışdı. Bu da həqiqətən çox vacib bir şeydir. Müdafiədə yaxşı çıxış etməklə sükanı əlimizə aldıq. Ümumilikdə qarşılaşmanın 39 dəqiqə 38 saniyəsini hesabda öndə oynamaq təşəbbüsün əvvəldən sonadək bizdə olduğunu göstərir".

Murat Dikmen yarımfinala yüksəldikləri üçün bütün oyunçuları, meneceri, özəl olaraq da köməkçi məşqçini və bütün heyəti təbrik edib: "Ümid edirəm ki, bundan sonra daha da yaxşı hazırlaşıb finala vəsiqə qazanarıq".

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb