AŞF prezidenti: Mehriban Əliyevanın təbriki Azərbaycan şahmatçılarına növbəti qələbələr üçün böyük stimul olacaq

AŞF prezidenti: Mehriban Əliyevanın təbriki Azərbaycan şahmatçılarına növbəti qələbələr üçün böyük stimul olacaq

Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki həm Ülviyyə, həm də digər Azərbaycan şahmatçılarına növbəti qələbələr üçün böyük stimul olacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov deyib.

Qurum rəsmisi Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə danışıb: “Ülviyyəni təbrik edirəm. Böyük uğurdu. Biz Azərbaycanda dövlətin şahmata və şahmatçılara qayğısını hər an hiss edirik. Federasiya olaraq Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Dünən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təbriki bizi çox sevindirdi. Yunanıstandakı uğur Azərbaycan şahmatının növbəti qələbəsidi. Ülviyyənin gözəl üslubda Avropa çempionatında əldə etdiyi nəticə məntiqi prosesdi. Çünki Azərbaycan şahmatı artıq böyük uğurlara hazırdı. İki il əvvəl Ülviyyə bu yarışda bürünc medal əldə etmişdi. Həmin yarışda Günay Məmmədzadə ikinci olmuşdu. Ötən il ancaq təsadüf nəticəsində qadınlardan ibarət şahmat millimiz komanda yarışında Avropa çempionu ola bilmədi, ikinci yeri tutdu”.

M.Məmmədov qadın şahmatçıların hazırlıq prosesinə çox ciddi və intizamla yanaşdıqlarını bildirib: ”Federasiyanın cəlb etdiyi məşqçilərin tövsiyyələrinə həssas yanaşırlar. Bu amil şahmatçıların inkişafında vacib faktordu. Özləri üçün asan yol seçmirlər. Keçmişdə qazanılan uğurun üzərində dayanmırlar. Onlar gecə-gündüz işləyirlər. Ülviyyə həm şəxsi məşqçilər, həm də dəvət olunan mütəxəssislər - Mixail Şereşevski və Yevgeni Tomaşevski ilə hazırlaşıb. Son aylarda Vladimir Çuçelovla işləməkdə maraqlı olduğunu bildirmişdi. Biz bu istəyi reallaşdırdıq. Qadın şahmatçılarımız daha böyük qələbələrə layiqdilər. Ümumiyyətlə, son Avropa çempionatı çox uğurlu alındı. Səbinə İbrahimova birinci qrossmeyster xalı əldə etdi. Xanım Balacayeva sona qədər mübarizə apardı, 10-cu turda qalib gəlsəydi, ilk "beşlik"də yer alacaqdı”.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. O, həmçinin millinin digər üzvü Günay Məmmədzadə ilə birgə 2025-ci ildə keçiriləcək Dünya Kubokunda iştirak etmək hüququ qazanıb.

Fərdi
Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

Fərdi
Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Fərdi
Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Fərdi
AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək

Fərdi
Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb