Azərbaycan bilyardçısı: İlk beynəlxalq turnirimdə medal qazandığım üçün sevincliyəm

Azərbaycan bilyardçısı: İlk beynəlxalq turnirimdə medal qazandığım üçün sevincliyəm

İlk dəfə iştirak etdiyim beynəlxalq turnirdə medal qazandığım, ölkəmizi layiqincə təmsil etdiyim üçün çox sevincliyəm.

Bunu "QELEBE.AZ"a açıqlamasında Gürcüstanı paytaxtı Tbilisidə keçirilmiş "Tbilisi Open 9-Ball"da ikinci yeri tutan Azərbaycan bilyardçısı Orxan Qubatov deyib.

O, Şərqi Avropa Bilyard Şurasının təşkilatçılığı ilə baş tutan yarışda 10 ölkədən 59 idmançının mübarizə apardığını söyləyib: "Azərbaycanın isə mənimlə birlikdə 6 təmsilçisi var idi. Finala yüksəlməyi və gümüş medalçı olmağı bacardım. Məndən başqa, komandamızdan 4 nəfər də yer tutmağa müvəffəq olub".

Orxan Qubatov yarışın gərgin və maraqlı alındığını vurğulayıb: "Mənim üçün yeni təcrübə oldu. Ümid edirəm ki, gələcəkdə daha çox idmançımız belə turnirlərdə iştirak edəcək və uğurlu nəticələr göstərəcək".

O, dəstəyə görə təşəkkür edib: "Azərbaycan Bilyard Federasiyasına yeni rəhbərlik seçilib, ən uğurlu və peşəkar idmançılarımızdan Seymur Məmmədov federasiyanın prezidenti olub. Qısa müddətdə ölkəmizdə bilyardın inkişafı üçün əməli addımlar atılır. Bu yarışda da ABF komandamızdan dəstəyini əsirgəməyib. İdmançılar olaraq, ölkəmizdə bilyardın tanınmasına, idmançıların yetişdirilməsinə daha çox diqqət və qayğı göstəriləcəyinə, mənim və digər idmançıların ölkəmizin adına daha çox uğur gətirəcəyinə əminəm. Bu yarışda məni və komanda yoldaşlarımı dəstəkləyən və əməyi olan hər kəsə təşəkkür edirəm".

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

"Mingəçevir Reqatası": İkinci günün qalibləri müəyyənləşib

Fərdi
Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

ABŞ-ın tanınmış mütəxəssisləri Azərbaycan güləşçilərinə master-klas keçib

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"