Azərbaycanlı idmançılar ABŞ-də qrapplinq üzrə dünya çempionatında qızıl və gümüş medallar qazanıblar

Azərbaycanlı idmançılar ABŞ-də qrapplinq üzrə dünya çempionatında qızıl və gümüş medallar qazanıblar

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançılar, qaydasız döyüş növü (MMA) üzrə Avropa, Amerika və dünya çempionu Elgün Xanoğlanlı, sambo və MMA üzrə Ukrayna çempionu Teymur Həsənov qrapplinq (Grappling, No-Gi) döyüş növü üzrə yarışda ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

"QELEBE.AZ"un ABŞ bürosu xəbər verir ki, Şimalı Amerika Qrapplinq Federasiyasının (NAGA) təşkil etdiyi dünya çempionatı Nyu-Cersi ştatında keçirilib.

Hər il ənənəvi olaraq keçirilən və 7 mindən çox idmançının qatıldığı, dünyanın ən böyük qarışıq qrapplinq turniri hesab olunan yarışda iştirakçılar fərdi və komanda olaraq təmsil olunublar.

Qrapplinq qarşılaşmasında həmyerlimiz E.Xanoğlanlı 70 kq, T.Həsənov isə 100 kq çəkidə güclərini sınayıblar.

Gi və No-Gi versiyaları üzrə keçirilən yarışlarda E.Xanoğlanlı gümüş və bürünc medala, T.Həsənov isə qızıl medala sahib olub. E.Xanoğlanlı yarışı ikinci, T.Həsənov isə hər üç rəqibinə qalib gələrək birinciliklə bitirərək dünya qrapplinq çempionluğunu qazanıb.

İdmançılarımız zəfəri üç rəngli, ay-ulduzlu Azərbaycan bayrağını döyüş arenasında dalğalandıraraq qeyd ediblər. Nyu-York və Nyu-Cersi ştatlarında yaşayan həmvətənlərimiz idmançları alqışlayıb, "Yaşasın Azərbaycan" şüarları səsləndiriblər.

Qeyd edək ki, hər iki həmyerlimiz ABŞ-də keçirilən beynəlxaq idman yarışlarında tez-tez ölkəmizi layiqincə təmsil edirlər. E.Xanoğlanlı Amerikada fəaliyyət göstərən azərbaycanlı idmançıları bir yerdə toplamaq və onların koordinasiyalı fəaliyyəti üçün ötən il yaradılmış Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, T.Həsənov isə təşkilatın aktiv üzvlərindəndir.

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

Fərdi
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO