“Qaradağ Lökbatan”ın U-17 komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

“Qaradağ Lökbatan”ın U-17 komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçirilib.

“QELEBE.AZ” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lökbatan Olimpiya İdman Kompleksində reallaşan tədbirdə UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də, İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub

Futbol
DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

Futbol
"Qarabağ"ın prezidenti: "Krasnodar" Kadi Borgeslə ciddi şəkildə maraqlanır"

"Qarabağ"ın prezidenti: "Krasnodar" Kadi Borgeslə ciddi şəkildə maraqlanır"

Futbol
“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

Futbol
“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Futbol
Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Futbol
Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Futbol
Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edə bilər

Futbol
Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Futbol
AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub