Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.
"Report" xəbər verir ki, yarımfinalın ilk matçında "Neftçi" İK-nı 7:4 hesabı ilə üstələyən "Baku Fire" həlledici görüşə vəsiqə qazanıb.
Digər yarımfinal qarşılaşmasında ölkə çempionu "Araz-Naxçıvan" PFL-ə 6:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

https://qelebe.az//uploads/photo/futzal-uzre-azerbaycan-kubokunda-finalchilar-mueyyenleshib.webp











