Hacı Əliyev: Avropa Olimpiya Təsnifat turniri karyeramın ən vacib yarışı oldu

Hacı Əliyev: Avropa Olimpiya Təsnifat turniri karyeramın ən vacib yarışı oldu

Avropa Olimpiya Təsnifat turniri karyeramın ən vacib yarışı oldu.

“QELEBE.AZ”un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Bakıda təşkil edilən turnirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən 32 yaşlı idmançı üçüncü cəhdində çempionluq hədəfləyəcəyini bildirib: “Xalqımın önündə məğlub olmadığım, azarkeşləri sevindirdiyim üçün şadam. Artıq üçüncü dəfə olimpiadada iştirak etmək hüququ əldə etdim. Əvvəlki olimpiadaların birində gümüş, birində bürünc medal qazanmışam. Parisdə bunu qızıla çevirməyə çalışacağam”.

Üçqat dünya və dördqat Avropa çempionu zədəli olduğu üçün ideal formadan uzaq olduğunu etiraf edib: “Dizlərimdə zədə var. İki aya yaxındır ki, məşqlərdən uzağam, yalnız fiziki hazırlıq keçirəm. Çıxışımı özüm də bəyənmədim. Əsas odur ki, qalib gəldim, mənim üçün vacib olan budur. Zədə hər bir idmançı üçün böyük problemdir. Sərbəst güləşdə ayaqlar çox hərəkətdə olur. Mən də dizlərimdən ağır zədələr almışam. Buna baxmayaraq, vəziyyətdən çıxmağı bacardım”.

Qeyd edək ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Albaniya təmsilçisi İslam Dudayevə qalib gələrək, üçüncü dəfə olimpiadada iştirak hüququna yiyələnib. O, Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medal qazanıb.

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Fərdi
Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Fərdi
"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Fərdi
Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub