Olimpiya çempionu: Gəncənin həmişə güclü futbol məktəbi olub

Olimpiya çempionu: Gəncənin həmişə güclü futbol məktəbi olub

Gəncənin həmişə güclü futbol məktəbi olub.

"Report" xəbər verir ki, bunu sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov "Kəpəz" televiziyasına açıqlamasında deyib.

Hazırda qadınlardan ibarət güləş yığmasının böyük məşqçisi olan mütəxəssis "Kəpəz"in "Qarabağ" kimi avrokuboklarda ölkəni təmsil etməsini istədiyini söyləyib: "İnşallah, bu yolda klub tərəfindən müəyyən addımlar atılır. Yeni baza tikilib, akademiya istifadəyə verilib, məktəb yaranır. Bu amillər komandanın inkişaf edəcəyini göstərir. Amma mütləq şəkildə kluba sponsor lazımdı. Maliyyə dayağı olmadan böyük ideyaları həyata keçirmək olmaz. Gəncənin həmişə güclü futbol məktəbi olub. Ona görə də akademiyanın futbolun inkişafına çox böyük faydası olacaq”.

Toğrul Əsgərov yeni tikilən stadiona da toxunub. O, azarkeşlərin uzun illər həsrətini çəkdiyi arenanın tamaşaçı sayının artmasına xidmət edəcəyini bildirib: “Köhnənin yerində yeni stadion tikilir. “Kəpəz” kimi azarkeşi olan futbol komandası çox azdır. Azarkeş klub üçün böyük dəstəkdir. Klubun azarkeşinin olması rəqiblərlə mübarizəyə 1:0 öndə başlamaq deməkdir. İnanıram ki, yeni tikilən stadionda Gəncə azarkeşlərinin sayı daha da artacaq. Komandamız da uğurlu çıxış edəcək. Biz də nəticələrə sevinib hər zamankı kimi azarkeşlik edəcəyik”.

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

Futbol
Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Futbol
Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulması ilə bağlı səsvermə təxirə salınıb

Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulması ilə bağlı səsvermə təxirə salınıb

Futbol
Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər

Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər

Futbol
Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

Futbol
Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Azərbaycan millisinin rəqibi yeni baş məşqçini CV vasitəsilə seçəcək

Futbol
AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib