Ağasəlim Mircavadov: Qəbələdəki matç "Qarabağ" - "Neftçi" oyunundan maraqlı olacaq

Ağasəlim Mircavadov: Qəbələdəki matç "Qarabağ" - "Neftçi" oyunundan maraqlı olacaq

Qəbələdəki cavab matçı "Qarabağ" - "Neftçi" duelindən daha maraqlı olacaq.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan Kubokunun yarımfinal mərhələsi barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis "Zirə"nin "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər iki tərəfin istəkli olduğunu söyləyib: "Komandaların növbəti mərhələ şansı var. Reqlament də dəyişib və səfər qolu üstünlüyü ləğv edilib. Dünənki matçda "Zirə"nin çoxlu qol şansları oldu. Amma istifadə edə bilmədilər. Öz səhvlərindən qapılarında top gördülər. Futbolda səhvlər olur. Hazırkı gedişata görə onlar bir qədər üstündürlər. İkinci görüş ağır keçə bilər. Nəzərə almaq lazımdır ki, kubokda fərqli motivasiya olur".

Mircavadov "Qəbələ"nin doğma meydanda daha çox hücum futbolu nümayiş etdirəcəyini diqqətə çatdırıb: "Zirə" də bundan yararlanmağa çalışacaq. Komandada topla yaxşı oynayan futbolçular var. Dünənki matç çox xoşuma gəldi. Sürətli oyuna şahidlik etdik. Hər iki tərəf istəkli idi və bu, Azərbaycan futbolunda çox şeyi həll edir"

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda "Qarabağ" səfərdə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşmaları aprelin 24-də baş tutacaq.

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

Futbol
“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Futbol
Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Futbol
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
UEFA AVRO-2025-ə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb

UEFA AVRO-2025-ə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb

Futbol
AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb

AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb