"Sumqayıt"ın məşqçisi: Emosiyalar fonunda hansısa etiraz normal haldır

"Sumqayıt"ın məşqçisi: Emosiyalar fonunda hansısa etiraz normal haldır

Emosiyalar fonunda hansısa etiraz normal haldır, məncə, bunu nəzərə almaq lazımdır.

Bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsinin qərarına görə iki oyunluq cəza alan "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov deyib.

Premyer Liqanın XXVIII turunda "Araz-Naxçıvan"la ev matçının (1:0) sonlarında birbaşa qırmızı vərəqə görən mütəxəssis həmin dəqiqələrdə hər kəsin əsəblərinin bir az gərgin olduğunu xatırladıb: "Texniki zonada ayaq üstə idim, auta çıxan top düz üstümə gəldi. Mən də tutub meydana atdım ki, oyunun bərpası ləngiməsin. Hakim yaxınlaşıb sarı vərəqə göstərdi. Ondan soruşanda ki, çıxmış topu meydana atdığıma görə niyə vərəqə göstərirsən, qayıdıb birbaşa qırmızı vərəqə verdi. Nəyə görə cəzalandığımı mən də anlamadım. İstəyirəm ki, hakimlər belə məqamlarda diqqətli olsunlar, oyunun ab-havasını, gedişatı, gərginliyi nəzərə alsınlar".

O, cəzaya razı olacaqlarını vurğulayıb: "Təəssüf ki, növbəti iki matçda komandamın yanında, texniki zonada ola bilməyəcəyəm".

Futbol
Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Futbol
“Traktor” əzəli rəqibinə qalib gəlib

“Traktor” əzəli rəqibinə qalib gəlib

Futbol
İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

Futbol
Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Futbol
Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
“Araz-Naxçıvan”ın üzvü: “Oyun ərəfəsində atmosferi korlayan bu məqamdır”

“Araz-Naxçıvan”ın üzvü: “Oyun ərəfəsində atmosferi korlayan bu məqamdır”

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib