76 yaşı tamam olan məşqçi: Milli Qəhrəmandan başqa bütün adlara yiyələnmişəm

76 yaşı tamam olan məşqçi: Milli Qəhrəmandan başqa bütün adlara yiyələnmişəm

Milli Qəhrəmandan başqa bütün adlara yiyələnmişəm.

Bunu “Report”a açıqlamasında sərbəst güləş üzrə Gəncə şəhər yığmasının baş məşqçisi Elçin Zeynalov deyib.

Bu gün 76 yaşı tamam olan mütəxəssis həyatından razı qaldığını bildirib: “1996-1997-ci illərdə Ulu Öndər Heydər Əliyevin xeyir-duasını almışam, o, mənə mükafat verib. Heydər Əliyevin əlindən öpmüşəm, bu, milyonlara dəyər. Cənab Prezidentimiz İlham Əliyev mənə “Şöhrət” ordeni, “Tərəqqi” medalı verib. “Prezidentin fəxri diplomu”nu, olimpiya medalını almışam”.

Özünü yaxşı hiss etdiyini söyləyən əməkdar bədən tərbiyəsi və idman xadimi yetişdirdiyi güləşçilərin nəticələrindən razılıqla danışıb: “Bu günə qədər üzərimə düşən öhdəliyi layiqincə yerinə yetirməyə çalışmışam. Uzun illərdir Gəncə şəhər yığmasının baş məşqçisiyəm. Gözlənilməz, sevindirici nailiyyətlərimiz olub. İstər böyüklər, istər gənclər, istərsə də yeniyetmələr arasında ölkə çempionatında uğurlu nəticələr qazanan güləşçilərimiz olub. Yetirmələrimizdən beşi Avropa çempionatına gedəcək. Bir məşqçi üçün bundan böyük sevinc ola bilməz. Komandanın uğuru da, uğursuzluğu da mənimlə bağlıdır”.

E.Zeynalov bu gün çoxsaylı təbriklər aldığını sözlərinə əlavə edib: “Bazarda, məktəbdə, şəhərdə uşaqlar, müəllimlər məni təbrik edirlər. Güləş müəllimlərinin, demək olar ki, hamısı təbrik edib. Həmçinin güləşçilərim də əlaqə saxlayırlar”.

SSRİ-nin əməkdar məşqçisi və əməkdar idman ustası aprelin 5-7-si aralığında Bakıda keçiriləcək Olimpiya Təsnifat turniri ilə bağlı gözləntilərini də açıqlayıb: “Yetirməm Turan Bayramov Olimpiya Təsnifat turnirində mübarizə aparacaq. Onun olimpiadaya lisenziya qazanacağına inanıram. Perspektivli idmançılarımız, yaxşı məşqçilərimiz var. Həmin məşqçilərə məsləhətlərimi əsirgəmirəm”.

Təcrübəli mütəxəssis Azərbaycanda sərbəst güləşin durumundan məmnun qalmadığını etiraf edib: “Açığı, güləşimizin səviyyəsi ürəyimcə deyil. Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yığmamız bir medal qazansa, şükür edəcəyik”.

Qeyd edək ki, Elçin Zeynalov 2008-ci ildə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adını alıb, 2012-ci ildə “Şöhrət” ordeninə, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, 2016-cı ildə isə “Tərəqqi” medalı ilə təltif olunub. O, London-2012 Yay Olimpiya Oyunlarının qızıl medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi olub.

Fərdi
ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Fərdi
AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

Fərdi
Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar