Bolqarıstan millisinin üzvü: Azərbaycana qarşı matçda daha çox güc sərf etdik

Bolqarıstan millisinin üzvü: Azərbaycana qarşı matçda daha çox güc sərf etdik

Etiraf edim ki, Azərbaycan millisi ilə matçda daha çox güc sərf etdik.

Bunu "Report"a açıqlamasında Bolqarıstan millisinin üzvü Filip Krastev "FIFA series Edition - 2024" layihəsi çərçivəsində keçirilən Azərbaycanla matç barədə danışarkən bildirib.

Futbolçu nəticənin (1:1) ədalətli olduğunu bildirib: "Azərbaycan millisi ilə matç olduqca maraqlı alındı. Rəqib inamlı mübarizə apardı. Hesabda geri olmalarına baxmayaraq, oyunun sonlarında layiq olduqları qolu vurdular. Bəli, nəticə kifayət qədər ədalətlidir. Oxşar keyfiyyətlərə malik iki komanda meydanda mübarizə aparırdı".

Krastev qol vurmasından danışıb: "Əlbəttə, fərqlənmək olduqca gözəl hissdir. Millinin heyətində qol vurduğum üçün qürur duyuram. Amma qələbə qazanmaq daha yaxşı olardı".

22 yaşlı mərkəz yarımmüdafiəçisi Bolqarıstan millisinin çıxışına toxunub: "Hazırkı turnir milli komanda üçün böyük təcrübə oldu. Daha yaxşısını edə bilərdik".

O, Azərbaycan millisini digər rəqiblərdən fərqləndirib: "Tanzaniya ilə matç çətin alınmışdı. Amma Azərbaycan millisi onlarla müqayisədə topu daha rahat, sərbəst saxlaya bilirdi. Onlar layiqli rəqibdirlər".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan - Bolqarıstan görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Futbol
Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Tanınmış futbolçu karyerasını başa vurub

Tanınmış futbolçu karyerasını başa vurub

Futbol
“Qəbələ”nin futbolçusu zədələnib

“Qəbələ”nin futbolçusu zədələnib

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Futbol
Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "İlk hissədə yaşlı insanlar kimi oynayırdıq"

"Neftçi"nin baş məşqçisi: "İlk hissədə yaşlı insanlar kimi oynayırdıq"

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
Azərbaycan derbisində rekord qeydə alınıb

Azərbaycan derbisində rekord qeydə alınıb