Sərxan Hacıyev: Premyer Liqa klublarının adı oyun alqı-satqısı ilə bağlı siyahıda yoxdur

Sərxan Hacıyev: Premyer Liqa klublarının adı oyun alqı-satqısı ilə bağlı siyahıda yoxdur

Premyer Liqa klublarının adı oyun alqı-satqısı ilə bağlı siyahıda yoxdur.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev "Kəpəz"in yeni akademiyası və məşq mərkəzinə təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.

S.Hacıyev Azərbaycan çempionatlarında baş verən oyun alqı-satqısına toxunub: "Bu məsələ artıq mənim tərəfimdən bir neçə dəfə qeyd olunub. Sözügedən mövzuda tamamlama işləri aparılır. Yaxın günlərdə AFFA-nın müvafiq komitəsi tərəfindən qərarlar veriləcək və bu barədə ictimaiyyətə açıqlanacaq. Ancaq I və II Liqa təmsilçiləri arasında müəyyən xoşagəlməz hallar baş verir".

AFFA rəsmisi apreldə qurumda keçiriləcək prezident seçkisindən də danışıb: "Hazırda bu barədə nəsə demək çətindir. Mənim AFFA-da qalıb-qalmayacağım da yeni seçiləcək federasiya prezidentinin tövsiyəsi və İcraiyyə Komitəsinin qərarından asılıdır. Hazırda kimin prezident seçiləcəyi ilə bağlı rəsmi məlumat yoxdur. AFFA-nın nizamnaməsinə uyğun olaraq prosedurlar aparılır. Onların məxfiliyini qorumalıyıq. Rəsmi qaydada bu məsələ ilə bağlı açıqlama və real namizəd yoxdur. AFFA-nın rəhbərliyinə bu mövzuda rəsmi müraciət olmayıb. İclasa 10 gün qalmış bu məsələ ilə bağlı müraciət katibliyə daxil olmalıdır".

Baş katib UEFA Avropa Liqasının 1/8 final mərhələsinin Almaniyada keçirilən "Bayer 04" - "Qarabağ" matçı barədə fikirlərini bölüşüb: "Dünən bütün Azərbaycan vətəndaşları eyni hissi keçirirdi. Bunu sözlə ifadə etmək mümkün deyil. "Qarabağ" bir mövsüm ərzində Avropa meydanlarında iki böyük tarix yazdı. Fürsətdən istifadə edib Ağdam təmsilçisini bu xoş hisslərə, həyəcana görə təbrik edirəm. Məğlubiyyətə baxmayaraq, dünənki matç qalibiyyətə bərabər idi. "Qarabağ" hər birimiz üçün qalibdir".

O, növbəti mövsüm üçün Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə bağlı suala cavab verib: "Sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. İdman prinsipləri qorunacaq, birinci liqanın qalibi Premyer Liqada oynamaq şansı qazanacaq. Komanda sayının növbəti mövsüm üçün artırılması hazırda müzakirə mövzusu deyil".

Futbol
Qurban Qurbanov: "Vacib qələbə əldə etdik"

Qurban Qurbanov: "Vacib qələbə əldə etdik"

Futbol
İngiltərə klubları enerji böhranına görə oyunların vaxtını dəyişdirmək istəyir

İngiltərə klubları enerji böhranına görə oyunların vaxtını dəyişdirmək istəyir

Futbol
İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Futbol
DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

Futbol
Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
Azərbaycan futbolunun inkişafı ilə bağlı 4 təklif irəli sürülüb

Azərbaycan futbolunun inkişafı ilə bağlı 4 təklif irəli sürülüb

Futbol
Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb