“Qəbələ”nin prezidenti: “Kaxaber Sxadadzenin nəticə qazanacağına inanıram” - MÜSAHİBƏ

“Qəbələ”nin prezidenti: “Kaxaber Sxadadzenin nəticə qazanacağına inanıram” - MÜSAHİBƏ

Cari mövsümə avrokuboklarda çıxışla start verən “Qəbələ”nin Azərbaycan Premyer Liqasında işləri yolunda getmir.

Ölkə kubokunun qalibi bu turnirdə yarımfinala yüksəlsə də, daxili çempionatda sonuncu pillədə qərarlaşıb.

Uğursuz nəticələr baş məşqçi Elmar Baxşıyevin üç ildir çalışdırdığı komandadan istefa verməsinə səbəb olub. Bu posta isə ötən gün gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze təyin edilib.

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov “Report”a müsahibəsində həm baş məşqçi dəyişikliyinə münasibət bildirib, həm də komandanın düşdüyü durumdan çıxış yolları barədə danışıb.

- Sabiq baş məşqçi Elmar Baxşıyevin 3 illik “Qəbələ” dönəmini necə dəyərləndirirsiniz?
- Müsbət dəyərləndirirəm. Elmar Baxşıyevin dönəmində komandamız bir sıra uğurlara imza atdı. Son olaraq ölkə kubokunu qazandıq. Komandanı çalışdırdığı müddətdə ona daim dəstək olmuşuq və inanmışıq.

- Onun istefasını necə qarşıladınız?
- Mövcud vəziyyətdə istefa vermək qərarını hörmətlə qarşıladıq. Elmar müəllim haqqında vaxtilə dediyim müsbət fikirlərdə qalıram və ona gələcək karyerasında uğurlar arzu edirəm.

- Ötən mövsüm Premyer Liqada 4-cü yeri tutdunuz və Azərbaycan Kubokunu qazandınız. Birdən-birə yaşanan bu enişi nə ilə əlaqələndirirsiniz?
- Komandanın yenidən qurulmasını qeyd edə bilərəm. Hansı ki, böyük ölçüdə bizdən asılı olmadı. Kuboku qazanan həmin heyət təxminən 3 ilə formalaşmışdı. Bu komanda yenidir, üstəlik, transfer olunan bəzi futbolçuların mövcud potensiallarından aşağı səviyyədə çıxış etmələrini gözləmirdik. Təbii ki, bu, bəhanə olmamalıdır. Bundan başqa, çempionatın gedişindəki bəxtsiz oyunları, zədə şanssızlıqlarını və digər səbəbləri qeyd etməliyəm.

- Kaxaber Sxadadzenin təyinatı hər kəsi təəccübləndirdi. Klubun maliyyə durumu yüksək olmasa da, gürcüstanlı mütəxəssis bu baxımdan tələbkarlığı ilə tanınır. Maraqlıdır, onu necə razı saldınız?
- Kaxaber Sxadadze kifayət qədər təcrübəli, oyun sisteminə daim sadiq, bizim çempionatı yaxından tanıyan məşqçidir. Təklifimizi qəbul etməyinə səbəb aramızda olan qarşılıqlı hörmət və “Qəbələ” klubuna olan diqqətdir. Hər halda, nəticə qazanacağına inanıram və bunun üçün ona hər cür dəstək verəcəyəm.

- Sxadadzenin qarşısına qoyulan konkret öhdəlik nədir?
- Mövcud vəziyyətdən qurtulmalıyıq. Əsas hədəfimiz budur.

- Son 13 oyununuz qalıb və “Kəpəz”dən 8 xal geridəsiniz. Axırıncı pillədən qurtulmaq çətin olmayacaq?
- Komandama inanıram. Daim dəstəyimi göstərmişəm. Sonuncu pillədən xilas olmaq üçün daha artıq çalışmalıyıq və bunun öhdəsindən gələcəyimizə inanıram.

- Həm Gəncə, həm də Qəbələ Azərbaycan futbolu üçün önəmli bölgələrdir və gələn mövsüm ikisindən biri elitada təmsil olunmayacaq. Komanda sayını artırmaqla hər ikisini Premyer Liqada saxlamaq variantına necə baxırsınız?
- Mənim üçün idman prinsiplərinin qorunması daha vacib məsələdir. Komanda sayı artırılacaq və ya artırılmayacaq, bunun da məhz “Qəbələ”yə görə yox, çempionatın inkişafı məqsədilə olmasını dəstəkləyərəm. Amma bu barədə indidən nəsə demək düzgün deyil. Hazırda əsas diqqətimizi vəziyyətdən çıxmağa yönəltmişik.

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

Futbol
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək

Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək

Futbol
"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

Futbol
"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

Futbol
Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Futbol
"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

"Mançester Yunayted" klubu gələn ilin əvvəlində satılacaq

Futbol
“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

Futbol
“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

Futbol
Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş