Stefen Karri NBA-da yeni nailiyyətə imza atıb
"Qolden Steyt"in oyunçusu Stefen Karri Milli Basketbol Assosiasiyasında (NBA) yeni nailiyyətə imza atıb.
"QELEBE.AZ" xəbər verir ki, 35 yaşlı idmançı buna "Bruklin Nets"ə 109:98 hesabı ilə qalib gəldikləri matçda nail olub.
Karrri NBA-dakı 3 xallıq atışlarının sayını 3600-ə çatdırıb. O, qövsdən kənarda bu qədər fərqlənməyi bacaran ilk basketbolçudur.
Qeyd edək ki, Stefen Karri karyerasında üç dəfə NBA çempionu olub.

https://qelebe.az//uploads/photo/stefen-karri-nba-da-yeni-nailiyyete-imza-atib.webp











