ACF rəsmisi: "Bəzi cüdoçular bizi məyus edir, ümidləri doğrultmurlar"

ACF rəsmisi: "Bəzi cüdoçular bizi məyus edir, ümidləri doğrultmurlar"

"Təbii ki, bəzi çatışmazlıqlar və bizi məyus edən idmançılar var. Bunu açıq şəkildə deməliyəm. Federasiyanın onlara göstərdiyi etimadı tam doğrultmurlar".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.

Funksioner yığma üzvlərinin Portuqaliyadakı Qran-pri və Fransadakı "Böyük Dəbilqə"dəki çıxışlarına toxunub: "Bizim üçün ilin əsas yarışı Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Hazırda bütün hazırlıqlar ora yönəldilib. İlin əvvəlidir, bəzi idmançılarımız yaxşı formada deyillər. Bu, nəticələrdə də sözünü deyir. Portuqaliya Qran-prisinin və Parisdəki "Böyük Dəbilqə"nin nəticəsinə baxanda hesab edirik ki, komanda plana uyğun olaraq yaxşı nəticə göstərir. Bəzi çəki dərəcələrində idmançılar onlardan çoxdandı gözlənilən performansı göstərməyə başlayıblar. Parisdə iki gümüş medalımız oldu. Bunu qənaətbəxş hesab edirik. "Böyük Dəbilqə" və digərləri elə də önəmli deyil. Hazırlıq prosesinin düzgün getməsi, zədənin olmaması bizim üçün önəmlidir. İşimiz çoxdur, çalışmalıyıq".

Baş katib fevralın 16-18-də Bakıda keçiriləcək "Böyük Dəbilqə"nin də onlar üçün vacib olduğunu diqqətə çatdırıb: "Mayda dünya çempionatı gerçəkləşəcək. Bakıdakı turnir bir növ hazırlıq yarışı olacaq. Hazırda nəticədən çox hazırlıq prosesinin düzgün getməsinə önəm veririk".

R.Rəsullu Yay Olimpiya Oyunları üçün seçim sənədlərinin olduğunu xatırladıb: "İlk növbədə reytinq önəmlidir. Həmin vaxtda kimin formada olmasına da önəm veriləcək. 73, 100 və +100 kq-dan başqa daxili rəqabət güclüdür. Sonda məşqçilər heyəti öz fikrini bildirəcək, sonra federasiya rəhbərliyi ilə qərar verəcəyik. Digər çəkilərlə bağlı qərarı maydakı dünya çempionatından sonra verəcəyik".

Fərdi
Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Fərdi
Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb