Azərbaycan millisinin baş məşqçisi: "Premyer Liqada çox medal qazanmaq olmur"

Azərbaycan millisinin baş məşqçisi: "Premyer Liqada çox medal qazanmaq olmur"

"Premyer Liqada çox medal qazanmaq olmur. Maksimum 2-3 mükafat əldə edə bilərdik".

Bunu "QELEBE.AZ"a açıqlamasında karate üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Şahin Xudaverdiyev Fransanın paytaxtı Parisdə təşkil olunan Premyer Liqa ilə bağlı danışarkən deyib.

Mütəxəssis komandanın tam hazırlıq prosesi keçmədiyini bildirib: "Çünki bu yarışa yolanmağımız əvvəldən bir az sual altında idi. Sonradan bəlli oldu ki, turnirə qatılacağıq. Yığma qısa müddətdə texniki hazırlıqlara başlamışdı. Premyer Liqada da reytinqdə öndə olan karateçilər mübarizə aparır. Bizim ölkə də WKF-də (Dünya Karate Federasiyası) öz sözünü deyib. Bu, 2024-cü ildə ilk yarışımız idi. Növbəti turnirlərdə medalların sayını artırmağa çalışacağıq".

Baş məşqçi yığma üzvlərinin çıxışlarına da toxunub: "Fidan Teymurova (50 kq) ilk dəfə böyüklərdə çıxış etsə də, medal qazana bildi. Asiman Qurbanlı (+84 kq) zədəli olduğu üçün istədiyi kimi hazırlaşa bilmədi. Bu səbəbdən də ikinci görüşdə məğlub oldu. O, favorit idmançılarımızdandır. Tural Ağalarzadə (67 kq) son Avropa Oyunlarının qalibi olub. Mədinə Sadıqova (55 kq) və Əminağa Quliyev (60 kq) müxtəlif yarışlarda mükafatlara sahib çıxıblar. İdmanda qələbə və məğlubiyyət də var. Hər dəfə qalib gələ bilmərsən. Parisdə çox favorit idmançılar medalsız qaldı".

Xudaverdiyev Premyer Liqada iştirakın onlar üçün vacib olduğunu diqqətə çatdırıb: "Reytinqdə 32 idmançı arasında olmasan, dünya çempionatında iştirak edə bilmərsən. Bu səbəbdən belə yarışlara getməliyik. Türkiyənin Antalya şəhərində və Misirdə də Premyer Liqa olacaq. Ardınca isə Avropa çempionatı planlaşdırılır. Bu il Dünya Oyunları da gerçəkləşəcək. İrina Zaretska (68 kq) həmin turnirə lisenziya qazanıb. Bundan başqa, komandalararası dünya çempionatı da olacaq. Orada da çıxış etmək fikrimiz var".

Mütəxəssis zədə səbəbindən Fransadakı Premyer Liqanı buraxan Zaretskanın Antalyadakı yarışa da qatılmayacağını və Misirdə mübarizə apara biləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycan karateçilərindən yalnız Fidan Teymurova (50 kq) Parisdə reallaşan Premyer Liqada bürünc medal əldə edib.

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Fərdi
Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb