Azərbaycan millisinin baş məşqçisi: “Bütün güclü komandalara qalib gəlmək lazımdır”

Azərbaycan millisinin baş məşqçisi: “Bütün güclü komandalara qalib gəlmək lazımdır”

“Bu cür turnirdə bütün güclü komandalara qalib gəlmək lazımdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın basketbol üzrə 3x3 qadın millisinin baş məşqçisi Ratomir Deliç Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat mərhələsi barədə danışarkən deyib.

Mütəxəssis B qrupundakı rəqibləri Niderland, Monqolustan və Çilinin güclü komandalar olduqlarını bildirib. Ancaq o, məqsədlərinin bütün matçlarda qələbə qazanmaq olduğunu söyləyib: “Paris-2024 Olimpiya Təsnifat qruplarında hansı komandaların yer alacaqlarını öncədən bilirdik. İndi isə komandalar qruplara bölünüb və konkret rəqiblərimizi tanıyırıq. Nəzərə alaq ki, bu yarışda cəmi bir yığma olimpiadaya lisenziya qazanacaq. Öz üzərimizdə çalışacaq və bütün rəqiblərə qarşı oynamağa hazır olacağıq”.

Qeyd edək ki, ilk təsnifat oyunları aprelin 12-14-də Honkonqda keçiriləcək. 8 komanda hərəsində 4 yığma olmaqla iki qrupa bölünəcək. Qruplarda ilk iki pilləni tutacaq komandalar yarımfinala adlayacaqlar. Yarışın qalibi olimpiadaya lisenziya əldə edəcək. İkinci təsnifat oyunları isə mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq. Azərbaycan millisi burada Almaniya, Polşa və Tunislə birlikdə A qrupunda yer alacaq. Həmin yarışda 16 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yerin sahibləri 1/4 finala yüksələcəklər. İkinci təsnifat mərhələsini ilk üç sırada tamamlayacaq yığmalar olimpiadaya vəsiqə qazanacaqlar. Azərbaycan millisi ilk təsnifat oyunlarında çempion olsa, ikinci təsnifatda iştirak etməyəcək.

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Çağırış Kuboku: "Azərreyl" ilk oyunda Almaniya klubuna uduzub

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb