Azərbaycan millisinin məşqçisi: "Boksçumuz hakimlərin haqsızlığına məruz qaldı"

Azərbaycan millisinin məşqçisi: "Boksçumuz hakimlərin haqsızlığına məruz qaldı"

Azərbaycan millisinin məşqçisi İlkin Ağayev Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokunda hakimlərdən narazı qalıb.

Mütəxəssis bu barədə "Report"a açıqlamasında bildirib.

Ağayev böyüklərin mübarizəsində gümüş medal əldə etmiş Aynur Rzayevanın (81 kq) final görüşündə haqsızlığa məruz qaldığını söyləyib: "O, yarımfinalda Qazaxıstandan olan rəqibinə qalib gəlmişdi. Həlledici döyüşdə isə xorvatiyalı boksçu ilə üz-üzə gəldi. Bu qarşılaşmada qələbəni rəqibə verdilər, amma o, riqdə döyüşmürdü, ancaq Aynuru tuturdu".

Baş məşqçi əsas məqsədlərinin İtaliyada olimpiadaya vəsiqə uğrunda turnirdə uğur qazanmaq olduğunu vurğulayıb: "Komandanı bu yarışa hazırlamaq istəyirik. Qadın boksçular fevralda Türkiyədə təlim-məşq toplanışına qatılacaqlar".

Mütəxəssis Serbiyada qızıl medal əldə etmiş gənc bokçular Aynur Mikayılova (54 kq) və Emili Rzayevadan (63 kq) razı qaldıqlarını deyib: "Rzayevanın finalda qalib gəldiyi rusiyalı boksçu dünya ikincisi idi. Təmsilçimiz gənclər arasında yarışın ən yaxşı idmançısı da seçildi. Yığmamızın hər iki üzvü çox gözəl döyüşdü".

Qeyd edək ki, Azərbaycan Millətlər Kubokunda 7 medal qazanıb.

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Fərdi
Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Fərdi
Azərbaycan Badminton Federasiyası daha bir tarixi uğura imza atıb

Azərbaycan Badminton Federasiyası daha bir tarixi uğura imza atıb

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Eldəniz Əzizli: “Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”

Eldəniz Əzizli: “Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”

Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub