"Qəbələ"nin legioneri: "Aşağı liqaya düşməyi ağlımdan belə keçirmirəm" - MÜSAHİBƏ

"Qəbələ"nin legioneri: "Aşağı liqaya düşməyi ağlımdan belə keçirmirəm" - MÜSAHİBƏ

"Qəbələ" klubunun futbolçusu Lukas Afriko "QELEBE.AZ"un suallarını cavablandırıb.

2023-cü ilin iyulunda "qırmızı-qaralar"a keçən 28 yaşlı braziliyalı müdafiəçi Qəbələdəki təlim-məşq toplanışı, qarşıdakı hədəflər barədə fikirlərini bölüşüb.

- Mövsümün ikinci yarısı üçün hazırlıq prosesiniz necə keçib?
- Qəbələdəki məşqlərimiz çox yaxşı idi. Burada komandamız üçün hər şərait var. Fasilədən istədiyimiz kimi istifadə etdiyimizi düşünürəm. Mübarizəyə hazırıq.

- Yoxlama oyununda "Kəpəz"ə (1:2) uduzsanız da, "Araz-Naxçıvan"a (2:0) qalib gəldiniz. Bu matçlar haqqında nə deyə bilərsiniz?
- Hər iki qarşılaşma bizə fayda verdi. Premyer Liqadakı rəqiblərimizlə mübarizə apardıq. Bu görüşlərdə nəticələr çox da vacib deyil. Fasilədən sonra özümüzə gəlmək baxımından yaxşı oyunlar oldu.

- Çempionatın ilk yarısı istədiyiniz kimi alınmayıb. Bunun əsas səbəbini nədə görürsünüz?
- Həqiqətən istədiyimiz kimi olmadı. Uğursuzluğun isə xüsusi bir səbəbi yox idi. Ancaq ikinci yarının tamamilə fərqli olacağını deyə bilərəm.

- Bunun üçün nə etməlisiniz?
- Məncə, meydanda bir-birimiz üçün daha çox çalışmalı və döyüşməyə davam etməliyik. Belə olan təqdirdə birlikdə istəyimizə nail olacağıq.

- Daha əvvəl Portuqaliyada çıxış etmisiniz. Azərbaycan Premyer Liqasının səviyyəsi sizi qane edir?
- Çempionatın səviyyəsi çox yaxşıdır. Burada istedadlı futbolçular da var. Məncə, zaman keçdikcə daha da yaxşı olacaq.

- Mayda aşağı liqaya düşə bilərsiniz?
- Bu, ağlımdan belə keçmir. Komanda yoldaşlarıma inanıram. İkinci yarıda daha yaxşı çıxış edəcəyik.

- Mövsümün sonunda müqavilənizin müddəti bitir. Sizə yeni sözləşmə təklif edilib?
- Hələlik bununla bağlı mənə heç nə deməyiblər. Nələrin olacağını birlikdə görəcəyik.

- Premyer Liqanın ilk yarısındakı bütün matçlarda iştirak edən 30 futbolçudan birisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Buna görə ancaq sevinə bilərəm. Baş məşqçi və texniki heyət mənə etimad göstərdikləri üçün çox şadam. Komandaya əlimdən gələnin ən yaxşısını etmək üçün çox çalışacağam.

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
Zidana hörmətsizlik edən federasiya prezidenti istefaya göndərilib

Zidana hörmətsizlik edən federasiya prezidenti istefaya göndərilib

Futbol
Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Futbol
Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Futbol
İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır

Futbol
DÇ-2022: Açılış oyunu üçün start heyətləri bəlli olub

DÇ-2022: Açılış oyunu üçün start heyətləri bəlli olub

Futbol
"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır