“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimi keçirilib

“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimi keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi ikinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbir Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub.

Açılışda festivalın münsiflər heyətinin üzvləri, gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyaların rəsmiləri və Azərbaycan idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan Çingiz Hüseynzadə ilk festivalın iki il əvvəl Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunduğunu bildirib: "Sonra qərara aldıq ki, festivalı ənənə halına salaq. İdman müsabiqədir, yarışdır. İdmana aid müsabiqə keçirmək də maraqlı oldu. Federasiyalar da bu istiqamətdə fəal iştirak edir, filmlər, videoçarxlar çəkirlər. Bu festival Azərbaycan idmançılarına dəstək olacaq. Festival idman günü ərəfəsində başa çatacaq. Mənim arzum odur ki, Azərbaycanda idmançılara, qəhrəmanlara həsr olunmuş bədii filmlər çəkilsin. Ümid edirəm ki, bu festival gələcəkdə belə filmlərin ərsəyə gəlməsinə gətirib çıxaracaq".

Ardında MOK-un yeni himninin klipi ictimaiyyətə təqdim olunub.

Daha sonra söz “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın sədri Zemfira Meftaxetdinovaya verilib. Olimpiya çempionu festivalı ikinci dəfə təşkil etməkdən məmnunluq duyduqlarını söyləyib: "Çox gözəl nominasiyalar var. Hər kəsi burada iştiraka dəvət edirəm. Güclü qalib gəlsin".

Həmçinin festivalın münsiflər heyətinin üzvləri və tərəfdaşlar da fikirlərini bölüşüb, iştirakçılara uğurlar arzulayıblar.

Sonda “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində sərbəst güləşdə olimpiya çempionu olmuş Toğrul Əsgərov haqqında çəkilən "Ərtoğrul" filmi nümayiş olunub.

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Güləş üzrə Dünya Kuboku: Bütün komandaların heyətləri açıqlanıb

Fərdi
Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Fərdi
İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

İlqar Rəhimov: "Bakıdakı dünya çempionatı öncəsi ciddi tibbi təsnifat olacaq"

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Fərdi
Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Fərdi
Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib