Azərbaycan güləşçisi olimpiya çempionluğunu arzulayır

Azərbaycan güləşçisi olimpiya çempionluğunu arzulayır

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Paris-2024 Yay Olimpiya Oyunlarının çempionluğunu arzulayır.

Bunu “QELEBE.AZ”a açıqlamasında 27 yaşlı idmançı bildirib.

O, fevralda Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq əzmindədir: “Avropa çempionatına hazırlaşırıq. Xorvatiyada yerli komanda və bir çox ölkənin idmançıları ilə birgə təlim-məşq toplanışı keçirik. Qitə birinciliyi öncəsi son toplanış Bakıda olacaq. Hədəfim 2020-ci ildən sonra ikinci dəfə Avropa çempionu olmaqdır. Ancaq bütün titullar olimpiadanın medalının yanında kölgədə qalır. Mən də olimpiadaya mümkün qədər yaxşı hazırlaşacağam ki, orada ölkəmizi yüksək səviyyədə təmsil edim”.

Sənan Süleymanov çempion olduğu “Zaqreb Open” turnirində gərgin mübarizə alındığını sözlərinə əlavə edib: “Gözlədiyimdən ağır yarış keçdi. Hər ölkə güclü idmançılarla təmsil olunurdu. Rəqiblər çox güclü idilər. Sanki dünya çempionatında yarışırdıq. Qırğız və erməni idmançıdan başqa, hamı gərgin mübarizə aparırdı”.

Yunan-Roma güləşçisi Xorvatiyadakı turnirdə iki rəqibi üzərində qələbəni xüsusi vurğulayıb: “Xorvatiyaya çempionluq üçün gəlmişdim. Mənim üçün adi reytinq turniri olduğundan, xüsusi hiss yaşamadım. Sadəcə, prinsipiallıq daşıyan bəzi görüşlər oldu. Almaniyalı güləşçiyə iki il əvvəl dünya çempionatında məğlub olmuşdum. Bu dəfə 33 saniyə ərzində ona 9:0 hesabı ilə qalib gəldim. Türkiyəli rəqibimə isə məni bundan əvvəlki iki turnirdə hakimlər uduzdurublar. Burada əvəzini çıxdım”.

Qeyd edək ki, Sənan Süleymanov 2023-cü ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmişdi.

Fərdi
"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Fərdi
Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Boksçuların rinqə bığ və saqqalla çıxmasına icazə verilib

Fərdi
Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Fərdi
Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb

BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb

Fərdi
Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"