Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” asan qələbə qazanıb
Qadın həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha bir oyunu keçirilib.
“QELEBE.AZ”un məlumatına görə, “Kür” “İdman Akademiyası”nı qəbul edib.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüşdə meydan sahibləri 49:16 hesablı qələbə qazanıblar. Bu qalibiyyət sayəsində xallarının sayını 9-a yüksəldən “Kür” ikinci pillədəki “Azəryol”a çatıb. Dördüncü sıradakı “İdman Akademiyası” isə 6 xalda qalıb.
Qeyd edək ki, turun “Azəryol” – “Qarabağ” oyunu yanvarın 21-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/hendbol-uzre-azerbaycan-chempionati-kur-asan-qelebe-qazanib.webp











