Premyer Liqanın yerli bombardiri: “Belə davam etsəm, yığmada mənə yer olacaq”

Premyer Liqanın yerli bombardiri: “Belə davam etsəm, yığmada mənə yer olacaq”

“İkinci yarıda belə davam etsəm və özümü yaxşı tərəfdən göstərə bilsəm, yığmada mənə yer olacaq”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev deyib.

Premyer Liqanın ilk yarısında 5 qolla “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevlə birlikdə ən məhsuldar yerli futbolçu olan 28 yaşlı forvard daha çox fərqlənmək arzusundadır. O, qol sayını artıracağı təqdirdə, Azərbaycan millisinə dəvət alacağını düşünür: “Yerlilər arasında ən məhsuldar futbolçu olmağım çox sevindirici haldır. İlk yarını daha çox qolla qapaya bilərdim. Təəssüf ki, matçlarda bəzi epizodlar istədiyim kimi yekunlaşmadı. Qollarımın sayını artırmaq üçün üzərimdə daha çox işləyəcəyəm. Milliyə düşmək həmişə arzum olub. Özümə inanıram”.

“Araz-Naxçıvan”ın mövsümün birinci hissəsində qazandığı nəticələrin çoxları üçün gözlənilməz olduğunu bildirən Orxan Əliyev bu performansı davam etdirmək istədiklərini vurğulayıb: “Heç kim bizdən bu nəticələri gözləmirdi. Amma indi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışıq və 2-ci yerdəki “Zirə”dən cəmi 3 xal geri qalırıq. Sona qədər mübarizədən qopmamağa və mövsümü daha yüksək pillədə başa vurmağa çalışacağıq”.

Qeyd edək ki, Orxan Əliyev mövsümün ilk yarısında keçirdiyi 18 oyunda 1060 dəqiqə meydanda olub.

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edib

PSJ Messiyə yeni müqavilə təklif edib

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

Futbol
FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyə klubuna transfer qadağası qoyub

Futbol
"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

Futbol
İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

Futbol
Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"