Azərbaycan millisinin üzvü: “Qarabağ”a keçid mənim üçün irəli atılan addımdır"

Azərbaycan millisinin üzvü: “Qarabağ”a keçid mənim üçün irəli atılan addımdır"

“Qarabağ”a keçid mənim üçün irəli atılan addımdır. Buna görə xoşbəxtəm. Düşünürəm ki, “Qarabağ”a keçən hər bir futbolçu irəli addım atır”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Qarabağ”ın yeni transferi Aleksey İsayev klubun rəsmi saytına müsahibəsində deyib.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı Azərbaycanın ən yaxşı komandası adlandırıb: “Həmişə öz oyun üslubunu nümayiş etdirir. Baxımlı oyun və hücum futbolu göstərir. Bu komandada yer aldığıma görə xoşbəxtlik hissi keçirirəm. Ola bilər ki, bu hisslərimi sözlə ifadə edə bilmirəm, amma daxilimdə həqiqətən də xoşbəxtəm. Komandamızın maksimum nəticələr göstərməsi üçün meydanda hər şeyi edəcəyəm”.

İsayev kollektivdə xoş qarşılandığını söyləyib: “Məşqdən öncə baş məşqçimiz Qurban Qurbanov komanda qarşısında mənə xoş sözlərlə uğurlar arzuladı. Belə isti qarşılanma üçün ona minnətdaram. Azərbaycan futbolunu hər dəfə daha bir pillə irəli aparan mütəxəssis barədə yalnız ən yaxşı sözləri demək olar. Məşq barədə müsbət təəssüratlarım var. Futbolçuların hamısı yüksək insani keyfiyyətlərə malik böyük peşəkarlardır. Onların əksəriyyətini şəxsən tanıyıram. Məni əla qarşıladılar, çox xoş oldu. Digərləri ilə daha yaxın tanışlıq üçün vaxtımız olacaq”.

Azərbaycan millisinin üzvü hədəfləri barədə də danışıb: “Mənim hədəflərim klubumuzla eynidir. Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirəm. Özümdə olan, amma görünməyən potensialımı addım-addım inkişaf etdirməliyəm. Buna da mütləq nail olacağam”.

Qeyd edək ki, “Qarabağ” "Sabah"dan transfer etdiyi Aleksey İsayevlə 3,5 illik müqavilə bağlayıb.

Futbol
Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

Futbol
Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Azərbaycanın çimərlik futbolu üzrə millisi 9-12-ci yerlər uğrunda mübarizə aparacaq

Futbol
"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Futbol
"Milan"ın hücumçusu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb

"Milan"ın hücumçusu Çempionlar Liqasında yeni nailiyyətə imza atıb

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

Futbol
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

Futbol
Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"