"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib
"Qarabağ"ın futbolçusu Leandro Andrade zədələnib.
"QELEBE.AZ"un məlumatına görə, 23 yaşlı hücumçu Qəbələdə eyniadlı komandaya qarşı keçirilən Azərbaycan Premyer Liqasının IX tur oyununda sıradan çıxıb.
Əzələsi dartılan oyunçu 27-ci dəqiqədə İsmayıl İbrahimli ilə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.

https://qelebe.az//uploads/photo/qarabagin-legioneri-qebele-ile-oyunda-zedelenib.webp











