“Qəbələ” iki futbolçusunu cəzalandırıb

“Qəbələ” iki futbolçusunu cəzalandırıb

“Qəbələ” U-19 komandasının iki futbolçusunu cəzalandırıb.

Bu barədə “QELEBE.AZ”a komandanın baş məşqçisi Zaur Hacıyev məlumat verib.

O bildirib ki, AFFA Gənclər Liqasında, “Zirə” ilə ev oyununda bir-biriləri ilə mübahisə edən Okan Təhməzli və Ceyhun Bağırov məşq, oyun cəzası ilə yanaşı, klub tərəfindən cərimə də olunublar.

Baş məşqçi AFFA İntizam Komitəsinin Okan Təhməzlini 4 oyunluq cəzalandırmasına da münasibət bildirib: “Oyunçuların bir-biriləri ilə dalaşmaları və ya mübahisə etmələri bizim daxili prinsiplərimizə zidd davranışdır. Səhvə yol verən istənilən şəxs cəzasını almalıdır. Sadəcə, Okan Təhməzliyə verilən 4 oyunluq diskvalifikasiyanın çox olduğunu düşünürəm. Çünki şişirdiləcək dərəcədə dava düşməyib, futbolçular aqressiv danışıblar, bir-birilərini itələyiblər”.

Zaur Hacıyev futbolçular arasında yaşanan qalmaqalın səbəbini də açıqlayıb: “3:1 öndə olduğumuz matç 3:3 hesabı ilə bitdi. Gərginliyin pik anında Okanla Ceyhun arasında mübahisə düşdü. Okanın verdiyi ötürməni Ceyhun qolla tamamlaya bilmədi və gərginlik də ondan başladı. Hər iki oyunçu klubdan, məşqçilər heyətindən, bütün personaldan üzr istədilər, bir-biriləri ilə barışdılar. Bu uşaqlar keçid yaşındadırlar, gəncdirlər”.

Çalışdırıcı oyunçuları komandadan uzaqlaşdırmaq fikrində olmadıqlarını sözlərinə əlavə edib: “Heç kimi komandadan uzaqlaşdırmaq fikrimiz yoxdur. Hər ikisi perspektivli futbolçudur. Biz ilk növbədə oyunçunu qazanmağa çalışırıq. Bu cür hadisələr yaşanmalıdır ki, təkrarlanmaması üçün uşaqlara izah edək. Okanla Ceyhun da səhvlərini başa düşdülər”.

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Futbol
Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb