“Neftçi” “Zenit”lə oyunda yenidən hesabda önə keçib - YENİLƏNİB-6

“Neftçi” “Zenit”lə oyunda yenidən hesabda önə keçib - YENİLƏNİB-6

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə üçüncü qol vurulub.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada meydan sahibləri yenidən önə keçiblər.

Bu dəfə də Reziuan Mirzov fərqlənib. Rusiyalı vinger 61-ci dəqiqədə gözəl qolla hesabı 2:1 edib.

22:19

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə ikinci qol vurulub.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada qonaqlar fərqləniblər.

56-cı dəqiqədə Du Keyruş hesabı bərabərləşdirib - 1:1.

22:09

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə fasilə başa çatıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada ikinci hissə başlayıb.

İlk yarıdan sonra “Neftçi” Reziuan Mirzovun qolu sayəsində 1:0 hesabı ilə öndədir.

21:50

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə birinci hissə başa çatıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Hazırda “Neftçi” Reziuan Mirzovun qolu sayəsində 1:0 hesabı ilə öndədir.

21:12

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə hesab açılıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Reziuan Mirzov rəqibi məyus edib.

Rusiyalı futbolçu 9-cu dəqiqədə adını tabloya yazdırıb.

21:02

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşü başlayıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşma saat 21:00-da başlayıb.

Matçı FİFA referisi Rauf Cabarov idarə edir.

Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

20:37

Yoxlama görüşündə üz-üzə gələcək “Neftçi”nin və Rusiyanın “Zenit” klubunun start heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Neftçi”: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi

Baş məşqçi: Adrian Mutu

“Zenit”: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor

Baş məşqçi: Sergey Semak

Qeyd edək ki, bu gün “Neftçi Arena”da gerçəkləşəcək görüş saat 21:00-da başlayacaq. Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Futbol
"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Futbol
Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
"Kəpəz"in baş məşqçisi istefa sədaları altında müsahibə verib

"Kəpəz"in baş məşqçisi istefa sədaları altında müsahibə verib

Futbol
Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Futbol
"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

Futbol
Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb