Azərbaycan və Türkiyə Voleybol Federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan və Türkiyə Voleybol Federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, federasiya nümayəndələri və ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev arasında görüş keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, tədbirdə AVF-nin əməkdaşları video təqdimatlarla çıxış ediblər.

Qadınlardan ibarət millinin meneceri Səbinə Babayeva yeniyetmə qızların və oğlanların yığmalara cəlb olunması istiqamətində görülən işlərdən, beynəlxalq əməkdaşlıq üzrə menecer Nərgiz İsmayılova regional voleybol klublarının fəaliyyəti və regionlarda həyata keçirilən tədbirlərdən danışıb. Ölkəmizdə çimərlik voleybolunun hazırkı vəziyyəti və bu sahədə görülən işlərlə bağlı çimərlik voleybolu üzrə menecer Orxan Hüseynzadə, federasiyanın strateji planı və klublarda görülən işlər haqqında isə AVF-nin idman direktoru Vüqar Hüseynzadə məlumat verib.

Sonra Azərbaycan Voleybol Federasiyası və Türkiyə Voleybol Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi AVF-nin prezidenti Şahin Bağırov və TVF-nin prezidenti Akif Üstündağ imzalayıb.

Akif Üstündağ çıxış edərək bildirib ki, bu sənəd hər iki qurum arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcək. O, bir millət, iki dövlət olaraq hər zaman qardaş ölkə Azərbaycanın yanında olduqlarını deyib. Memorandumun əhəmiyyətini vurğulayan A.Üstündağ sənədin tərəflərin voleybol sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən Şahin Bağırov Memorandumun məqsədindən, həmçinin TVF ilə birgə görüləcək işlərin əhəmiyyətindən söz açıb. O, imzalanan sənədin iki qardaş ölkə arasında voleybol sahəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəyini bildirib, yaxın gələcəkdə böyük uğurlar qazanılacağına inamını ifadə edib. Ş.Bağırov ölkəmizdə səfərdə olan bütün qonaqlara minnətdarlığını bildirib.

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb