CEV rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Fəxri Xiyabanı ziyarət ediblər.
AVF-dən "Report"a verilən məlumata görə, federasiya rəsmiləri və qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Onlar Şəhidlər Xiyabanını və “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.

https://qelebe.az//uploads/photo/cev-resmileri-fexri-xiyabani-ziyaret-edibler.webp











