CEV prezidenti: "Azərbaycan voleybolunun inkişafı üçün əlimizdən gələni edəcəyik"
"Azərbaycan voleybolunun inkişafı üçün əlimizdən gələni edəcəyik".
"Report"un məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç Bakıda təşkil olunan mətbuat konfransında deyib.
CEV rəhbəri dəvət üçün təşəkkür edib.
O, konfransdan əvvəl gerçəkləşən iclasın uğurlu alındığını bildirib: "Azərbaycan Milli Olimpiya Komitəsinə və ölkə rəhbərliyinə voleybolun inkişafına kömək göstərdikləri üçün minnətdaram. Uzun illərdən sonra bir araya gəlmişik və birlikdə işləyəcəyik. Məktəblərdə və azyaşlılar arasında voleybolun yayılması haqqında danışdıq. Böyük layihələrə imza ata bilərik. Azərbaycan və Türkiyə Voleybol Federasiyası arasında protokol imzalandı. Bu, voleybolun inkişafına təkan verəcək. Yaxın keçmişdə ölkənizdə böyük idman layihələri olub. Avropa miqyasındakı tədbirlərini yenidən bu ölkədə təşkilini nəzərdən keçirə bilərik. Azərbaycan Voleybol Federasiyası tək deyil. Onlara dövlət tərəfindən dəstək olunduğunu görürük".

https://qelebe.az//uploads/photo/cev-prezidenti-azerbaycan-voleybolunun-inkishafi-uchun-elimizden-geleni-edeceyik.webp











