Ansi Aqolli: "Olimpiakos"un qələbəyə ac olması "Qarabağ"a problem yarada bilər"

Ansi Aqolli: "Olimpiakos"un qələbəyə ac olması "Qarabağ"a problem yarada bilər"

"Rəqib iki turdan sonra xal qazana bilməyib və qələbəyə acdır. Bu isə müəyyən problem yarada bilər".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli "köhlən atlar"ın Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

Albaniyalı veteran müdafiəçi bildirib ki, Pirey təmsilçisi ölkənin ən yaxşı və böyük tarixə malik zəngin komandalarından biridir: "Bu səbəbdən doğma azarkeşlər önündə sonadək mübarizə aparıb, müsbət nəticə əldə etməyə çalışacaqlar. Ümumiyyətlə, yunan klubları evdə çox güclü oynayırlar. Azarkeşlərin də dəstəyi ilə rəqibi ciddi təzyiq altında saxlayırlar. Stadionda çılğın atmosfer olacaq. Amma "Qarabağ"ın təzyiqlə mübarizə təcrübəsi var. Sadəcə, öz oyununu oynamalıdır. Bu, komandanın təzyiq altında və yaxşı futbolçulara qarşı oynayacağı ilk qarşılaşma deyil".

39 yaşlı keçmiş oyunçunun sözlərinə görə, Ağdam təmsilçisi diqqətli və konsentrasiyalı olmalıdır: "Oyun çətin keçə bilər. Amma matçın tempinə nəzarət edib, soyuqqanlı olsalar, səfərdən sərfəli nəticə ilə qayıda bilərlər. Məncə, “Qarabağ”ın bunu etmək vərdişi var".

O, "Qarabağ"ın mövsümə çox yaxşı başladığını söyləyib: "Nant"la oyun buna çox gözəl nümunədir. 90 dəqiqə ərzində Azərbaycan çempionunun ifasında çox baxımlı oyun izlədik".

2016/2017 mövsümündə Ağdam klubunun heyətində Avropa Liqasında Yunanıstanın digər təmsilçisi PAOK-la eyni qrupda yer aldıqlarını xatırladan Aqolli hər iki qarşılaşmada rəqibi məğlub etdiklərini vurğulayıb: "Çətin oyun olmuşdu. Ümumiyyətlə, bu səviyyədə heç nə asan deyil. Düşünürəm ki, "Olimpiakos"la da çox maraqlı oyun olacaq".

Xatırladaq ki, Ansi Aqolli "Qarabağ"ın formasını 2012 - 2017-ci illərdə geyinib.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb

Futbol
Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Futbol
Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edəcək

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edəcək

Futbol
"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib

Futbol
"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq"

"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq"

Futbol
Danimarka Tunislə bərabərə qalıb

Danimarka Tunislə bərabərə qalıb